Dünya Bankı Azərbaycan üzrə proqnozunu dəyişib

Dünya Bankı Azərbaycan üzrə proqnozunu dəyişib
# 13 oktyabr 2014 09:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya Bankı (DB) Azərbaycanın ÜDM-lə bağlı proqnozunu dəyişib. Bank 2014-cü ildə Azərbaycanda iqtisadi artımın 4,5% səviyyəsində olacağını proqnozlaşdırır.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat bankın saytında yerləşdirilib.

Bankın analitikləri hesab edir ki, Avropa və Mərkəzi Asiya ölkələrində iqtisadi artım tempi aşağı olacaq. 2014-cü ildə bu regionda ÜDM həcminin 1,8% olacağı gözlənilir. DB-nin qiymətləndirməsinə görə, 2015-ci ildə bu göstərici cüzi artaraq 2,1% təşkil edəcək.

Bank mütəxəssisləri bu ilin nəticələrinə görə, MDB-yə üzv dövlətlər arasında Türkmənistanda iqtisadi artımın yüksək olacağını proqnozlaşdırır. Onların fikrincə, bu ölkədə ÜDM-in həcmi 10,4% olacaq. 2014-cü ilin nəticələrinə görə, MDB ölkələrindən yalnız Ukraynada ÜDM-də -8%-lik tənəzzül gözlənilir.


Bu il Rusiyada iqtisadi artımın 0,5%, Ermənistanda 3%, Gürcüstanda isə 5,5% səviyyəsində proqnozlaşdırılır.


Dünya Bankının qiymətləndirməsinə görə, geosiyasi gərginlik, struktur islahatlarının zəruri olması, zəif büdcə siyasəti, xarici borc səviyyəsinin yüksək olması, maliyyə bazarında problemlərin olması region ölkələrinin iqtisadi inkişafını ləngidir.


Qeyd edək ki, Azərbaycan hökuməti ÜDM artımını 3,4% səviyyəsində proqnozlaşdırır. Xatırladaq ki, 2013-cü ildə Azərbaycanda iqtisadi artım 5,8% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR