Almaniyada qadın siyasətçi ilə İran səfirinin əllə görüşməsi qalmaqal yaradıb

Almaniyada qadın siyasətçi ilə İran səfirinin əllə görüşməsi qalmaqal yaradıb
# 13 fevral 2013 10:05 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Almaniyanın Yaşıllar Partiyasının həmsədri Klaudiya Rothla İranın Berlindəki səfiri Əlirza Şeyxəttarın tədbirlərin birində əllə görüşməsi hər iki ölkədə narazılıq yaradıb.

APA-nın məlumatına görə, Ə.Şeyxəttarın yad bir qadınla əllə görüşməsi İranda etirazla qarşılanıb.

Səfir açıqlama verərək, bu görüşün yanlış anlaşılma nəticəsinə baş verdiyini deyib: “İslam qaydalarına görə, bir qadınla əllə görüşmək qadağandır. Mən də xanım Rothun əlini sıxmamışam. Sadəcə, nəzakətlə əl yelləyəndə o, yanlış anlayaraq, əlimə toxundu”.

İranlı diplomatla səmimi şəkildə görüşdüyü üçün K.Rotha da ölkəsində etiraz edənlər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR