Romada Xocalı qurbanları anılıb

Romada Xocalı qurbanları anılıb
# 25 fevral 2015 13:11 (UTC +04:00)

Bakı – APA. Fevralın 23-də İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi keçirilib. Tədbir Azərbaycanın İtaliyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı şəraitində baş tutub.

TEAS-dan APA-ya verilən məlumata görə, filmə baxışdan əvvəl Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və Avropa Azərbaycan Cəmiyyətinin direktoru Laynel Zetter cıxış ediblər. Çıxışlar zamanı vurğulanıb ki, “Xocalıya Ədalət”” təbliğat-təşviqat kampaniyası 8 may 2008-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Bu müddət ərzində dünyanın müxtəlif ölkələrində 100-dən çox tədbir keçirilib. Məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda sülhün və ədalətin bərqərar olunması üçün geniş beynəlxalq dəstək əldə edilib.

Xatırladaq ki, “Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR