Tərtər və Füzuli rayonlarında 4 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Tərtər və Füzuli rayonlarında 4 ədəd partlamamış hərbi sursat aşkarlanıb
# 01 iyun 2016 19:33 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyunun 1-də Agentlik tərəfindən Füzuli, Ağcabədi, Ağdam və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtərin Şıxarx kəndində 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb.

Rayonun Cəmilli kəndində 1 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilib və 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb.

Füzuli rayonunun Horadiz şəhərində 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (1 partlamamış BM-21 raketi və 1 ədəd 100 mm-lik top mərmisi) aşkar edilib.

İyunun 1-də 7 ev və həyətyanı sahə, 6 əkin sahəsi, 22 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd Qrad raketinin mühərrik hissəsi, 1 ədəd Qrad raketi və 1 ədəd 100 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 43 889 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 01 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 555 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 483 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR