Mərkəzi Afrika Respublikasında üsyançıların lideri ölkə prezidenti seçilib

Mərkəzi Afrika Respublikasında üsyançıların lideri ölkə prezidenti seçilib
# 14 aprel 2013 04:52 (UTC +04:00)

Bakı-APA. Mərkəzi Afrika Respublikasında (MAR) “Seleka” təşkilatından olan üsyançıların lideri Mişel Cotodiya ölkə prezidenti seçilib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, onun dövlət başçısı vəzifəsinə təyin olunması barədə qərar Milli Keçid Şurası (MKŞ) tərəfindən yekdilliklə qəbul olunub. MKŞ-ya siyasi və ictimai təşkilatları təmsil edən 105 nümayəndə daxildir.

Mişel Cotodiyaya yaxın 18 ay müddətində seçkilər keçirmək həvalə olunub. O həmçinin təkrar seçilməsi üçün öz namizədliyini irəli sürməyəcəyinə söz verib. “Mən siz deyənləri edəcəm və özbaşınalığa yol verməyəcəm”, deyə Mişel Cotodiyaya qeyd edib.

Aprelin 15-də Çadın Ncamena şəhərində MAR-la həmsərhəd dövlətlərin başçılarının görüşü keçiriləcək. Toplantıda Mişel Cotodiya və onun tərəfdarlarına qarşı mümkün tədbirlər müzakirə olunacaq.

“Seleka” təşkilatından olan üsyançılar Mərkəzi Afrika Respublikasında hakimiyyəti ötən ay ələ keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR