“Topaz Premyer Liqasının açılış turu idi. Oyunun 59-cu dəqiqəsində futbolçu dəyişikliyi yerinə yetirən zaman texniki səhv baş verdi”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.
“Qarabağ” çempionatın ilk turunda səfərdə “Sumqayıt” üzərində 3:0 hesablı qələbə qazansa da, texniki məğlubiyyət alacaq. Buna səbəb isə Ağdam təmsilçisinin legioner limitini pozmasıdı.
“Belə ki, öncə Namiq Yusifovun əvəzinə meydana Riçard Almeyda daxil oldu. Meydanda sayca maksimum 6 legioner ola biləcəyini nəzərə alsaq, texniki səhv etmiş olduğumuzu anladıq. Oyundan dərhal sonra baş vermiş hadisəni məşqçilər korpusu olaraq müzakirə etdik və səhv etdiyimizi anladıq. Muaremin əvəzinə Namiq Ələsgərov daxil olmalı idi, amma Namiq Yusifovun əvəzinə meydana Riçard Almeyda daxil oldu. Oyun zamanı baş verən səhvimizi anlayır və PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacağımızı bildirirəm” – deyə, Qurbanov bildirib.
Xatırladaq ki, Premyer Liqada hazırda 6+5 limitindən istifadə olunur. Yəni, elita klubları eyni vaxtda 6 legioner +5 yerli futbolçu oynada bilərlər.
Qurban Qurbanov legioner limitini pozmasına münasibət bildirib
11 avqust 2014 09:23 (UTC +04:00)
Futbol
Fil Foden İngiltərə çempionatının ən yaxşı oyunçusu seçilib
02:54
19 may 2024
"Bayer" Almaniya çempionatını rekorda imza ataraq başa vurub
20:53
18 may 2024
14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
00:22
18 may 2024
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024