Bakı-2015: Macarıstan Avropa Oyunlarına geniş heyətlə gəlir

Bakı-2015: Macarıstan Avropa Oyunlarına geniş heyətlə gəlir
# 02 mart 2015 09:47 (UTC +04:00)

Bakı – APA. İyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak edəcək Macarıstan millisinin idmançı sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu barədə Macarıstan Olimpiya Komitəsinin idman direktoru Laslo Fabian açıqlama verib.

O bildirib ki, ölkəsi Bakıya 300 nəfərlik nümayəndə heyəti ilə gələcək. Bu heyətin təxminən 200-ü idmançı olacaq və 18 növdə ölkəsini təmsil edəcək: “Avropa Oyunlarına ciddi yanaşırıq və Azərbaycana böyük heyətlə yollanacağıq. Təxminən 200 idmançı mükafatlar uğrunda mübarizə aparacaq”.

Qeyd edək ki, Bakı-2015-ə bolqarlar 109, hollandlar 100-dən artıq idmançı, həmçinin böyük britaniyalılar 240 (160 idmançı) və rumınlar 200 (nümayəndə heyətilə birgə) nəfərlə gələcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR