Məhsəti Gəncəvinin xarici ölkələrdəki 70-ə yaxın nadir əlyazması gələn həftə Azərbaycana gətiriləcək

Məhsəti Gəncəvinin xarici ölkələrdəki 70-ə yaxın nadir əlyazması gələn həftə Azərbaycana gətiriləcək
# 27 mart 2013 09:42 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə məlumat verib. Onun sözlərinə görə, M. Gəncəvinin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ-ın Metropol Muzeyində və Yel Universitetində saxlanılan 70-dək miniatür, illüstrasiya və rübaisini Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin vasitəçiliyi ilə gətirmək mümkün olacaq. Əlyazmalar XIV-XV əsrlərə aiddir.

S. Pişnamazzadə qeyd edib ki, hazırda dünyanın müxtəlif ölkələrində M. Gəncəvinin 100-ə yaxın illüstrasiyası qorunur. Şairənin 900 illik yubileyi münasibətilə məşhur ingilis tədqiqatçısı Paul Smitin M. Gəncəviyə həsr olunmuş 6 monoqrafiyası da ölkəyə gətirilib. Hazırda onların tərcüməsi üzərində iş gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR