Neftçalada 168 ton ot bağlaması yanıb

Neftçalada 168 ton ot bağlaması yanıb
# 16 iyul 2014 23:56 (UTC +04:00)

Bakı-APA. Neftçalada yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qaraqaşlı kənd sakinin həyətində baş verib. Nəticədə vətəndaşa məxsus 264 ton ot bağlamasının 168 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR