2015-ci ildə Azərbaycan yığmasının formasını 34 futbolçu geyinib

2015-ci ildə Azərbaycan yığmasının formasını 34 futbolçu geyinib
# 18 noyabr 2015 12:43 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisi 2015-ci ili başa vurub. Apasport.az saytının məlumatına görə, yığmamız bu il 8 oyun keçirib.

AVRO-2016-nın seçmə mərhələsində 6 görüşə çıxan millimiz 2 yoldaşlıq matçında da qüvvəsini sınayıb. İlin əvvəlindən yığmaya başçılıq edən xorvatiyalı Robert Prosineçki bu müddətdə 34 futbolçuya güvənib. Onlardan 5-i bütün matçlarda iştirak edibsə, 14-ü yalnız 1 dəfə meydana çıxıb.

Yığmamızın 2015-ci ildə bombardiri Dmitri Nazarovdu. Milliləşən legioner 3 dəfə fərqlənib. Rahid Əmirquliyev 2 qol vurubsa, Cavid Hüseynovla Ağabala Ramazanov rəqib qapısına 1 dəfə yol tapıb.

Qapıçıların buraxdığı 12 qoldan 11-i Kamran Ağayevin qapısına vurulub. Səlahət Ağayev 1 top buraxıbsa, Aqil Məmmədov debüt oyununda qapısını toxunulmaz saxlayıb.

12 vərəqə alan komandamızın iki üzvü – Rahid və Qara Qarayev hərəyə 2 dəfə xəbərdarlıq alıb. Yeganə qırmızı vərəqə isə Bədavi Hüseynovun hesabındadı.

futbolçu

oyun

dəqiqə

qol

sarı

qırmızı

Rahid Əmirquliyev

8

720

2

2

0

Arif Daşdəmirov

8

656

0

1

0

Əfran İsmayılov

8

652

0

0

0

Qara Qarayev

8

636

0

2

0

Ruslan Qurbanov

8

579

0

1

0

Kamran Ağayev

7

630

-11

1

0

Rəşad Sadıqov

7

585

0

1

0

Bədavi Hüseynov

7

583

0

1

1

Dmitri Nazarov

7

493

3

1

0

Maksim Medvedev

5

423

0

1

0

Məhəmməd Mirzəbəyov

5

361

0

0

0

Vüqar Nadirov

4

146

0

0

0

Eddi İsrafilov

4

84

0

0

0

Cavid Hüseynov

3

256

1

0

0

Məhəmməd Qurbanov

3

109

0

0

0

Rəşad Sadiqov

3

71

0

0

0

Ruslan Abışov

2

180

0

0

0

Elvin Məmmədov

2

104

0

0

0

Araz Abdullayev

2

47

0

0

0

Tuğrul Erat

2

39

0

0

0

Cavid Tağıyev

1

90

0

0

0

Pavel Paşayev

1

69

0

0

0

Elnur Cəfərov

1

67

0

0

0

Rəhman Hacıyev

1

63

0

0

0

Ağabala Ramazanov

1

45

1

1

0

Aqil Məmmədov

1

45

0

0

0

Coşqun Diniyev

1

45

0

0

0

Səlahət Ağayev

1

45

-1

0

0

Elşən Rzazadə

1

27

0

0

0

Namiq Ələsgərov

1

22

0

0

0

Ürfan Abbasov

1

21

0

0

0

Rəşad Eyyubov

1

15

0

0

0

Rauf Əliyev

1

9

0

0

0

Tərlan Quliyev

1

1

0

0

0

Qeyd: yığmamızın daha bir qolunu moldovalı Katalin Karp öz qapısına vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR