Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 23 iyul 2014 07:35 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün saat 12:00-dək Zaqatala rayonunun bir hissəsinə, saat 13:00-dək Nərimanov rayonunun bir hissəsinə, saat 15:00-dək Balakən rayonuna, saat 17:00-dək Binəqədi və Xətai rayonlarının bir hissəsinə, saat 18:00-dək Quba rayonuna, Sabunçu, Xəzər, Qazax, Şamaxı və Göyçay rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Yevlax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, fasilə qaz nəqli sistemində və qaz şəbəkəsində təmir işlərinin aparılması və qaztənzimləyici qurğunun quraşdırılması ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR