DİN Lənkəran Polis Şöbəsində baş verən intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb

DİN Lənkəran Polis Şöbəsində baş verən intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb
# 12 aprel 2013 10:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsində baş verən intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 11-də saat 12.00 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi əməliyyat müvəkkili, polis mayoru Elçin Fətullayevin 2-ci mərtəbədə yerləşən xidməti otağına oğurluqda şübhəli şəxs qismində gətirilmiş Velədi kənd sakini, əvvəllər məhkum olunmuş Cəmil Babayev pəncərədən özünü atıb.

Xəsarət almış C. Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR