Sumqayıtda yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb
# 18 iyun 2016 11:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 17-də saat 05.00 radələrində Sumqayıt şəhərində Zaqatala rayon sakini Ramazan Cumayev idarə etdiyi “MAN” markalı avtomobili yolun kənarında dayanmış “KamAZ” markalı 2 avtomobilə vurub. “KamAZ”lardan birinin sürücüsü - Şabran rayon sakini Əjdər Əliyev hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR