“Bakı” “Atletiko”ya 0:3 hesabı ilə uduzub

“Bakı” “Atletiko”ya 0:3 hesabı ilə uduzub
# 30 aprel 2013 21:42 (UTC +04:00)

Bakı-APA. Tofiq Bəhramov adına Respublika stadionunda İspaniyanın “Atletiko” klubu “Bakı”nın qonağı olub. Apasport.az saytının məlumatına görə, meydana daha çox gənc oyunçularla çıxan “Bakı” ilk hissənin sonuna qədər qapısını toxunulmaz saxlaya bilməyib. Rəqib 43-cü dəqiqədə Oliver Torresin fərqlənməsindən sonra fasiləyə minimal hesabla yollanıb.

Novruz Məmmədovun komandası ikinci yarıda hesaba tarazlıq gətirməyə çalışıb. Lakin istəyinə nail ola bilməyib. Əvəzində madridlilər 83-cü dəqiqədə Raul Qarsiya ilə fərqi artırıb. Təmsilçilərimiz 3-cü topu da qapısından çıxarmaq məcburiyyətində qalıb. Bu dəfə də Raul Qarsiya adını tabloya yazdırıb - 0:3.

Yoldaşlıq oyunu

“BAKI” – “ATLETİKO” - 0:3

Qollar: Oliver Torres, 43, Raul Qarsiya, 83; 88

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR