Messi İspaniya çempionatında bombardirlər siyahısının zirvəsinə yüksəlib

Messi İspaniya çempionatında bombardirlər siyahısının zirvəsinə yüksəlib
# 15 mart 2015 02:29 (UTC +04:00)

Bakı-APA. İspaniya La Liqasının XXVII turu çərçivəsində səfərdə “Eybar”la oyun "Barselona"nın hücumçusu Lionel Messi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, argentinalı ölkə çempionatında bombardirlər siyahısının zirvəsinə yüksəlib.

31 və 55-ci dəqiqələrdə dubl edən Messi vurduğu qolların sayını 32-ə çatdırıb. Bununla da o, uzun müddətdən sonra "Real"ın forvardı Kriştianu Ronaldonu (30 qol) geridə qoymağı bacarıb.

Qeyd edək ki, hazırda davam edən oyunda “Barselona” “Eybar”a 0:2 hesabı ilə qalib gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR