Arif Hacılı: “Milli Şuranın yaxın günlərdə təsis olunacağı haqqında deyilənlər şişirdilir”

Arif Hacılı: “Milli Şuranın yaxın günlərdə təsis olunacağı haqqında deyilənlər şişirdilir”
# 22 aprel 2013 10:12 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Milli Şuranın yaxın günlərdə təsis olunacağı və ya yaradılması ilə bağlı prinsipial razılaşmaların əldə olunması haqda deyilənlər şişirdilir”.

Bu açıqlamanı APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib.

O deyib ki, Milli Şuranın yaradılması ilə bağlı təklif Rüstəm İbrahimbəyovdan gəlsə də, qurumun tərkibi, fəaliyyət istiqamətləri, prinsipləri və hədəflərinin müəyyən edilməsi məsələsində bu prosesə qatılan hər bir siyasətçi tərəfindən təkliflər irəli sürülür. A. Hacılının sözlərinə görə, qurumun təsis olunması ilə bağlı proses hələ ki, müzakirələr mərhələsindədir.

A. Hacılı Milli Şuranın yaradılması ilə bağlı danışıqlarda Müsavat Partiyasının da iştirak etdiyini qeyd edib: “Ancaq biz mexaniki birliklərin tərəfdarı deyilik. Birliklər yalnız ayrı-ayrı fərdlərin istəklərinə uyğun olaraq deyil, prinsip üzərində qurulmalıdır, hədəflər əvvəlcədən müəyyən edilməlidir. Biz yalnız Müsavat Partiyasının ideoloji-siyasi xəttinə zidd olmayan siyasət yürüdən qurumlarda iştirak edərik. Əgər Milli Şura Müsavat Partiyasının qəbul etdiyi prinsiplərə uyğun yaradılacaqsa, yalnız o zaman partiyamız bu prosesə qatılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR