"TuranBank"ın rəhbəri: "Kreditlərin restrukturizasiyası davam etdiriləcək"

"TuranBank"ın rəhbəri: "Kreditlərin restrukturizasiyası davam etdiriləcək"
# 02 iyun 2016 13:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Ötən ilin sonuna "TuranBank" portfelinin 10 milyon manatadək hissəsini restrukturizasiya edib". Bunu "APA-Economics"ə açıqlamasında "TuranBank"ın Müşahidə Şurasının sədri Fuad Musayev deyib.

F. Musayevin sözlərinə görə, bu proses cari il ərzində də davam edəcək. "Biz əhalinin üzləşdiyi çətinliyi başa düşürük. Müxtəlif növ güzəştlər təqdim edirik. Çalışırıq ki, müştərilərə kompromisə gedək", - deyə bankir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR