Con Kerri: “ İranın tələsinə düşməyəcəyik”

Con Kerri: “ İranın tələsinə düşməyəcəyik”
# 15 fevral 2013 15:55 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. “İranın nüvə müzakirələrini gecikdirmək kimi tələsinə düşməyəcəyik”. APA-nın “RadioFarda”ya istinadən məlumatına görə, bu fikirləri ABŞ dövlət katibi Con Kerri BMT-nin baş katibi Ban Ki Munla birgə keçirdiyi ortaq mətbuat konfransında deyib.

O bildirib ki, İranın müzakirələrə ciddi şəkildə qatılmağının vaxtı çatıb: “Danışıqlarda irəliləyişin əldə olunması üçün Tehran müzakirələrdə qətiyyətli şəkildə iştirak etməlidir. Dünyada sülh məqsədləri üçün nüvə enerjisindən istifadə edən ölkələr var. Əslində nüvə proqramının sülh məqsədli olduğunu isbat etmək çətin deyil. İran da nüvə proqramının məqsədinin müəyyən edilməsinə icazə versə, problem həll olunar. Barak Obamanın da dəfələrlə qeyd etdiyi kimi İranın nüvə probleminin diplomatiya yolu ilə həllinə vaxt var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR