Afaq Məsud İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

Afaq Məsud İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb
# 28 oktyabr 2014 14:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillonu qəbul edib.

APA-nın mərkəzin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə İtaliya səfirliyi ilə Tərcümə Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Ədəbiyyatlararası mübadilə, tərcümə və nəşr məsələləri, həmçinin italyan dilinin ölkədə aktuallığı və tədrisi görüşün əsas müzakirə mövzusu olub.

C.Kutillo bildirib ki, səfirlik Tərcümə Mərkəzi ilə daha sıx və geniş müstəvidə əməkdaşlıq edəcək.

Görüş zamanı Mərkəzin dekabrın 4-dən 7-dək Romada keçiriləcək Beynəlxalq Kitab Sərgisində iştirakı ilə bağlı məsələlər, habelə İtaliya ədəbiyyatının Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatının italyan dilinə tərcüməsi və tanıdılması istiqaməti üzrə təkliflər də diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR