Nazirlik: "Kənd Təsərrüfatı İli" ilə bağlı Tədbirlər Planı hazırdır

Nazirlik: "Kənd Təsərrüfatı İli" ilə bağlı Tədbirlər Planı hazırdır
# 08 iyun 2015 07:31 (UTC +04:00)

Bakı - APA-Economics. Kənd Təsərrüfatı Nazirliyi hazırda "Kənd Təsərrüfatı İli" ilə bağlı Tədbirlər Planı hazırlayıb.

Bu barədə "APA-Economics"ə nazirlikdən bildirilib.

"Kənd Təsərrüfatı Nazirliyi "Kənd Təsərrüfatı İli"nin təşkili ilə bağlı koordinasiya işlərini görəcək qurumdur. 2015-ci ilin ölkə başçısı tərəfindən "Kənd Təsərrüfatı İli" elan olunması aqrar sahədə aparılan islahatların məntiqi davamıdır. Aqrar sahənin inkişafı ilə bağlı strateji məsələlər artıq Prezident tərəfindən müəyyən olunub", - deyə qurumdan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR