BMT: May ayında İraqda 870 nəfər ölüb, 1450 nəfər yaralanıb

BMT: May ayında İraqda 870 nəfər ölüb, 1450 nəfər yaralanıb
# 02 iyun 2016 02:31 (UTC +04:00)

Bakı-APA. İraqda may ayı ərzində terror aktları və silahlı hücumlar nəticəsində 870 nəfər ölüb, 1450 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin İraqa yardım missiyasının hesabatında deyilir.

Məlumata əsasən, ölənlərdən 468 nəfər mülki vətəndaşlardır. Bununla belə, hazırda ağır döyüşlər davam edən Ənbar əyaləti üzrə məlumatlar hesabata daxil edilməyib.

Qeyd edək ki, İraq ərazisinin təxminən üçdə bir hissəsi İŞİD terror qruplaşmasının nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR