Azərbaycan Müdafiə Nazirliyi: Ermənilərin 4 hərbi qulluqçusu məhv edilib, 16-sı yaralanıb - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi: Ermənilərin 4 hərbi qulluqçusu məhv edilib, 16-sı yaralanıb - <span style="color: red;">VİDEO
# 26 sentyabr 2015 07:07 (UTC +04:00)

Bakı – APA. “Sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib”.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu - əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçu yüngül qəlpə yaraları alıb:

“Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. Bildiririk ki, şəhidlərimizin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaq. Silahlı Qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir. Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin istənilən hərəkətinin qarşısı daha üstün silahlar tətbiq edilməklə qətiyyətlə alınır. Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR