“Şahdəniz-2” layihəsi çərçivəsində 2018-ci ilədək əlavə platformalar quraşdırılacaq

“Şahdəniz-2” layihəsi çərçivəsində 2018-ci ilədək əlavə platformalar quraşdırılacaq
# 07 may 2015 13:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2018-ci ilədək “Şahdəniz-2” layihəsi çərçivəsində 2 platforma quraşdırılacaq.

APA-Economics”in məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, 2018-ci ilədək layihə çərçivəsində sualtı boru kəmərləri çəkilməli və Səngəçal terminalında texnoloji sahə artırılmalıdır. R. Abdullayev əlavə edib ki, bu məqsədlə Bakıdakı tikinti-quraşdırma meydançalarında texniki və texnoloji rekonstruksiya işləri aparılacaq, bir neçə gəminin texniki və funksional imkanı artırılacaq: “İstiqlal” və “Dədə Qorqud” qurğuları təkmilləşdiriləcək. Sualtı tikinti işlərinin həyata keçirilməsi üçün inşa ediləcək yeni unikal çoxprofilli gəminin Bakı Gəmiqayırma zavodunda tikilməsi planlaşdırılır”.

R. Abdullayev qeyd edib ki, “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri Azərbaycanda 10 mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaq”.

Həyata keçiriləcək tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsinin Azərbaycanda icra olunacağını deyən ARDNŞ rəhbəri bildirib ki, bu, ölkənin istehsalat və inşaat potensialını daha artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR