Hüquq müdafiəçiləri Azərbaycanda saxlanılan erməni hərbiçisi ilə görüşüblər

  Hüquq müdafiəçiləri Azərbaycanda saxlanılan erməni hərbiçisi ilə görüşüblər
# 25 avqust 2015 09:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov könüllü olaraq Azərbaycana təslim olmuş erməni hərbçi Andranik Araratoviç Qriqoryanla görüşüblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov deyib ki, A. Qriqoryanın saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur: “Onunla görüşüb söhbət etdik. Saxlanma şəraitindən, ona qarşı münasibətdən hər hansı narazılığı olub-olmamasını soruşdum. Heç bir şikayəti yoxdur, razılığını bildirdi” .

E. Behbudov qeyd edib ki, görüşdə məqsəd A. Qriqoryanın saxlanma şəraiti ilə maraqlanmaq olub.

Qeyd edək ki, martın 22-də günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR