Gürcüstanda “Associated Press”in azərbaycanlı fotomüxbirinin sərgisi açılıb - FOTOSESSİYA

Gürcüstanda “Associated Press”in azərbaycanlı fotomüxbirinin sərgisi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 04 may 2015 07:51 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan Mədəniyyət Nazirliyinin, Tiflis meriyasının və “Kolqa Tbilisi foto” təşkilatının təşəbbüsü ilə Tiflisdə fotoqrafların müsabiqəsi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, müsabiqəyə 40 ölkədən 9 min foto daxil olub və 4 nominasiya üzrə qaliblərin adı açıqlanıb. Məşhur “Associated Press” agentliyinin Qafqaz üzrə fotomüxbiri, soydaşımız Şahvələd Əli oğlu Eyvazov müsabiqənin qalibi olub və Gürcüstanda foto sənətinə verdiyi töhfələrə görə Aleksandr Roinişvili adına mükafata layiq görülüb.

Tiflisdəki İosif Qrişaşvili adına Tiflis tarix muzeyində Şahvələd Eyvazovun çəkdiyi fotoları sərgisinin açılışı keçirilib. "Müharibə xətti" adlanan sərgidə Ş. Eyvazovun 60-dan çox foto əsəri nümayiş olunub. Sərgidə nümayiş olunan fotolar Osetiya, Abxaziya, Dağlıq Qarabağ və Çeçenistan müharibələri zamanı çəkilib.

Sərgi mayın 9-na kimi davam edəcək.

Qeyd edək ki, Şahvələd Eyvazov 23 ildir “Associated Press” agentliyi ilə əməkdaşlıq edir.

Ş. Eyvazov APA-ya açıqlamasında müharibənin ünvanı olmadığını bildirib: "Bu sərginin keçirilməsi məni 20 il əvvələ aparır. Çox kədərlənirəm. Anaların göz yaşı hələ də gözümün önündən getmir. Bu müharibələr istər Qarabağda, istərsə də Abxaziya, Sxinvali və Çeçenistanda insanları evsiz-eşiksiz qoyub, neçə-neçə körpə ata-anasız qalıb, neçə-neçə ailə yox olub, torpaqlar işğal edilib. Bax, bu kədəri, qəmi mən fotolarıma köçürmüşəm, lakin bu kədər-qəm hələ də mənim ürəyimdə yaşayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR