Almaniyada baş vermiş yanğın nəticəsində 6 nəfər ölüb

Almaniyada baş vermiş yanğın nəticəsində 6 nəfər ölüb
# 23 may 2015 23:24 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Şnaytsroyt şəhərində (Bavariya) mehmanxanaların birində baş vermiş yanğın nəticəsində 6 nəfər ölüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, yanğın gecə saatlarında baş verib. Yanğın baş verən an mehmanxanada 47 nəfər olub.

Məlumata görə, hadisə zamanı 7 nəfər xəsarət alıb, onlardan 5-nin vəziyyəti ağırdır.

Mehmanxana müştərilərinin Bavariya şirkətlərindən birinin əməkdaşları olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR