NATO-nun baş katibi: “Rusiya NATO üçün təhlükə yaratmır”

NATO-nun baş katibi: “Rusiya NATO üçün təhlükə yaratmır”
# 04 iyun 2015 13:00 (UTC +04:00)

Bakı - APA. “Rusiya NATO ölkələri üçün bilavasitə təhlükə yaratmır”.


APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib. O deyib ki, NATO Moskva ilə əlaqələrin yaxşılaşdırılmasını nəzərdən keçirir.

“Biz qeyri-müəyyənlik, artan narahatlıq müşahidə edirik. Lakin NATO-ya üzv olan heç bir ölkə üçün mən şərqdən bilavasitə təhlükə görmürəm", - deyə Yens Stoltenberq Norveçə səfəri zamanı bildirib.

Qeyd edək ki, NATO hərbi komitəsinin rəhbəri Pyotr Pavel Baltikyanı ölkələrin və Kiyevin ələ keçirilməsi üçün Rusiyaya cəmi 2 gün vaxt lazım olduğunu bildirib. Onun sözlərinə görə, NATO Rusiyanın hücumuna təcili şəkildə reaksiya verə bilməyəcək. Buna səbəb alyansa üzv 28 ölkənin mövqeyini müəyyən etmək üçün vaxt lazım olmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR