Almaniyanın Bremen şəhərində polis İslam Mədəniyyəti Mərkəzində axtarış aparıb, saxlanılanlar var

Almaniyanın Bremen şəhərində polis İslam Mədəniyyəti Mərkəzində axtarış aparıb, saxlanılanlar var
# 01 mart 2015 05:23 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Deutsche Welle telekanalına polis nümayəndəsi bildirib. Məlumata görə, əməliyyat zamanı bir neçə nəfər saxlanılıb, bir nəfər həs olunub.

Əməliyyatın təfərrüatları açıqlanmır. Məlumata görə, polis son vaxtlar şəhərdə dini radikalların fəallaşdığını qeydə alıb.

Həmçinin yəhudi icmasının təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində polis tərəfindən müəyyən tədbirlərin həyata keçirildiyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR