Bu ilin birinci yarısında qeyri-leqal dövriyyədən çıxarılan pulun miqdarı açıqlanıb

Bu ilin birinci yarısında qeyri-leqal dövriyyədən çıxarılan pulun miqdarı açıqlanıb
# 10 iyul 2015 15:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Bu ilin birinci yarısında dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb” .

APA-nın məlumatına görə, bu barədə bu gün Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında görülən işlərə həsr olunmuş kollegiya iclasında nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.

O, qeyd edib ki, nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 16 min 519 manat, 55 min 100 ABŞ dolları və 225 min rubl olan 901 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 2,6 tona yaxın tikinti materialı çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR