Şirvanda DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslara start verilib

Şirvanda DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslara start verilib
# 24 avqust 2015 15:07 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start verilib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq, təşkil edilən kurslar üç gün davam edəcək. Şirvan şəhərindəki 46 saylı Şirvan Seçki Dairəsində keçirilən kurslarda seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli əlaqələrinin qurulması Şirvan şəhər İcra Hakimiyyətinin müavini tərəfindən tədris edilib.

Şirvan şəhər məhkəməsinin sədri kurs iştirakçılarına seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması, mexanizmləri barədə məruzə edib.

Seçici siyahıları ilə iş qaydası haqqında Dairə Seçki Komissiyasının sədri tərəfindən seminar keçirilib.

Tədbirdə MSK-nın monitorinq şöbəsinin baş məsləhətçi Samir Tağıyev və məsləhətçi Elman Ələkbərov da çıxış ediblər.

Kurslarda dairə seçki komissiyalarının üzvlərini və məntəqə seçki komissiyalarının sədrlərini maraqlandıran suallar cavablandırılıb.

Seminar-kurs daha iki gün - Şirvan şəhər Polis Şöbəsinin rəisi və şəhər prokurorunun iştirakı ilə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR