DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb
# 11 noyabr 2015 07:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin noyabrın 1-ə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 19,75% artıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, oktyabr ayı ərzində əlavə olaraq 472 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 26 972 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,2%-ni (23 779 nəfər) kişilər, 11,8%-ni (3 193 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 115 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (13 583 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə II yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 949 nəfərə, III yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 1 617 nəfərə çatıb.

Sonrakı yerlərdə, Hindistan (966), İran (960), Çin (844), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (548), Pakistan (531), Ukrayna (422), Banqladeş (375), Özbəkistan (269), Almaniya (247), Filippin (235), ABŞ (230), Qazaxıstan (211), Türkmənistan (209), Koreya (189), İtaliya (187) və s. ölkələr qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR