"Azərbaycan Sənaye Bankı"nın gəlirləri 45% azalıb

"Azərbaycan Sənaye Bankı"nın gəlirləri 45% azalıb
# 23 oktyabr 2015 14:19 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərbaycan Sənaye Bankı”nın aktivlərinin həcmi 2015-ci ilin III rübündə 459,232 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12,62% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,22% artaraq 165,807 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 14,3% artaraq 240,300 mln. manata çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 13,15% artaraq 75,343 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 60 mln. manat olub.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 44,74% azalaraq 15,925 mln. manat, xərcləri isə 58,52% azalaraq 10,329 mln. manata çatıb.

Cari ilin 9 ayı ərzində bankın əldə etdiyi mənfəət 2 mln. 104,09 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR