Moskvada havanın temperaturu bu gecə -4 dərəcəyə qədər düşəcək

Moskvada havanın temperaturu bu gecə -4 dərəcəyə qədər düşəcək
# 07 iyun 2016 12:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında iki gündür, davam edən soyuq hava şəraiti və güclü leysan yağışlar davam edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtda havanın temperaturu bu gecə -4 dərəcəyə qədər düşəcək.

Rusiya paytaxtında yay fəslinin ilk ayında havanın temperaturunun kəskin soyumasına səbəb Arktikadan gələn soyuq hava kütləsi olub.

Hidrometeoroloqlar Moskvada qarşıdakı 10 gündə havanın yağışlı olacağını və temperaturun 6-17 dərəcə aralığında dəyişəcəyini proqnozlaşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR