İlin sonuna kimi “PAŞA Həyat Sığorta” ASC-nin sığorta yığımları 40 mln. manatı ötəcək

İlin sonuna kimi “PAŞA Həyat Sığorta” ASC-nin sığorta yığımları 40 mln. manatı ötəcək
# 18 iyul 2014 12:40 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. İlin sonuna kimi “PAŞA Həyat Sığorta” ASC-nin sığorta yığımları 40 mln. manatı ötəcək. “APA-Economics”in məlumatına görə, bunu “PAŞA Həyat Sığorta”nın strateji inkişaf üzrə direktoru İsrail Qarayev məlumat verib. Onun sözlərinə görə, ilin sonuna şirkətin aktivlərinin 80 mln. manat olacağı gözlənilir.

İ.Qarayev əlavə edib ki, 2015-ci ilin yanvarın 1-nə şirkətin mənfəətinin 8 mln. manat təşkil edəcəyi proqnozlaşdırlır. İnvestisiya portfelinin həcminə gəlincə, “PAŞA Həyat Sığorta”nın rəsmisi bildirib ki, portfel 60 mln. manat civarında proqnozlaşdırılır.

Xatırladaq ki, bu ilin əvvəlində “PAŞA Həyat Sığorta” nizamnamə kapitalını 60% artıraraq 40,250 mln. manata çatdırıb.

Qeyd edək ki, indi “PAŞA Həyat Sığorta”da 125 nəfər çalışır. Şirkət həyat sığortası bazarında 53%-lik paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR