Naxçıvan Geoloji Axtarış Ekspedisiyası ETSN-in tabeliyindəki qurumların siyahından çıxarılıb

Naxçıvan Geoloji Axtarış Ekspedisiyası ETSN-in tabeliyindəki qurumların siyahından çıxarılıb
# 08 oktyabr 2014 13:50 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən TSN-in Naxçıvan Geoloji Axtarış Ekspedisiyası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilib.

Buna müvafiq olaraq Naxçıvan Geoloji Axtarış Ekspedisiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısından çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR