Milli Musiqi Günü münasibətilə Fəxri xiyaban ziyarət olunub - FOTOSESSİYA - VİDEO

Milli Musiqi Günü münasibətilə Fəxri xiyaban ziyarət olunub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2015 08:54 (UTC +04:00)

APA-nın məlumatına görə, ziyarət mərasimində Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Ü.Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb, onun irsinin layiqincə qorunduğunu, gördüyü işlərin davam etdirildiyini bildirib: “Üzeyir bəyin adı, xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. On gün müddətində Bakıda və Azərbaycanın müxtəlif rayonlarında tədbirlər keçiriləcək, Üzeyir Hacıbəylinin xatirəsi yad ediləcək. Üzeyir bəyin ruhu şaddır. Çünki onun əziz xatirəsi insanların qəlbində həmişə yaşayıb və yaşayacaq”.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbər şəxsləri, mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri xiyabanda Heydər Əliyevin məzarını və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.

Sonda Azərbaycan Dövlət Filarmoniyasının xor kollektivi Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR