Ucarda zəncirvari yol qəzası baş verib - FOTOSESSİYA

Ucarda zəncirvari yol qəzası baş verib - <span style="color: red;">FOTOSESSİYA
# 25 iyun 2015 10:31 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda zəncirvari yol qəzası baş verib.

Rayon Poliş şöbəsindən APA-nın yerli bürosuna verilən məlumatına görə, hadisə şəhərin Azərbaycan küçəsində baş verib.

Qəza nəticəsində 99-DB-387 dövlət nömrə nişanlı “Prado”, 90-UR-793 dövlət nömrə nişanlı “Passat”, 99-AA-225 dövlət nömrə nişanlı “Toyota”, 02-BF-615, 10-MO-377 və 61-BY-379 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobillər toqquşsalar da, xəsarət alan olmayıb.

Bununla belə maşınlara ciddi ziyan dəyib.

İlkin məlumata görə, hadisəyə səbəb “Toyota” sürücüsünün avtomobili yüksək sürətlə idarə etməsi olub. Bəlli olub ki, rayonda yerləşən “Görüş” kafesinə məxsus “Toyota” markalı avtomobil avto-yuma məntəqəsinə gətirilib. Orada çalışan Göyçay rayon sakini, 34 yaşlı Abdullayev Famil Aydın oğlu maşını sürmək məqsədi ilə götürüb və yüksək sürətlə hərəkət etdiyindən qəza törədib. İlkin araşdırma zamanı F. Abdullayevin içkili olduğu məlum olub.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR