Ötən il korrupsiya cinayətləri ilə bağlı 170 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib

Ötən il korrupsiya cinayətləri ilə bağlı 170 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
# 01 fevral 2013 13:23 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov bu gün keçirilən kollegiya iclasında bildirib. O, qeyd edib ki, korrupsiya qarşı kəsərli və ilk növbədə, profilaktiki yönümlü mübarizənin gücləndirilməsi, bu sahədə fəaliyyətin forma və metodlarının daha da təkmilləşdirilməsi 2012-ci ildə Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olub.

Z. Qaralov “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olan vətəndaş müraciətləri üzrə həyata keçirilən tədbirlərlə bağlı da açıqlama verib. Baş prokuror qeyd edib ki, qaynar xəttə daxil olan müraciətlər üzrə çevik tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsioner fəaliyyətləri ilə bağlı 34 cinayət işi başlanıb, idarənin öz imkanları hesabına reallaşdırdığı əməliyyat tədbirləri nəticəsində 32 vəzifəli şəxsin cinayətkar əməlləri ifşa edilib. Hesabat ilində idarənin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirilib: “Nazirlər Kabinetinin 16 yanvar 2013-cü il tarixli iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi barədə Dövlət başçısı İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2012-ci ildə əldə olunmuş nailiyyətlər daha da möhkəmləndirilməklə, Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı“na müvafiq olaraq Azərbaycan Respublikası Prokurorluğuna həvalə edilmiş tapşırıqların keyfiyyətli icrası, qurumun işinin daha da müasirləşdirilməsi, əməkdaşların peşə hazırlığı səviyyəsinin müntəzəm artırılması və yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi və görülmüş işlər barədə geniş ictimaiyyətin sistemli şəkildə məlumatlandırılması təmin ediləcəkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR