Nargin adası yaxınlığında naməlum qadın cəsədi aşkarlanıb

Nargin adası yaxınlığında naməlum qadın cəsədi aşkarlanıb
# 23 aprel 2013 20:49 (UTC +04:00)

Bakı-APA. Bu gün Xəzər dənizində, Böyük Zirə (Nargin) adası yaxınlığında naməlum qadın cəsədi aşkarlanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olduqda, aidiyyəti qurumlar dərhal məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə-qəza Xilasetmə Xidmətinin müvafiq qüvvələri “Arktur” kateri ilə əraziyə gələrək cəsədi sudan çıxarmış və aidiyyəti üzrə təhvil verilməsini təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR