Baş Prokurorluqda ölümlə nəticələnən yol qəzaları, dəm qazı zəhərlənmələri, qaz partlayışları ilə bağlı göstərişlər verilib

Baş Prokurorluqda ölümlə nəticələnən yol qəzaları, dəm qazı zəhərlənmələri, qaz partlayışları ilə bağlı göstərişlər verilib
# 31 iyul 2014 15:54 (UTC +04:00)

APA-nın məlumatına görə, müşavirədə yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən bu kateqoriyadan olan cinayətlərlə bağlı istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması, eləcə də yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktiki tədbirlərin görülməsinə dair konkret göstərişlər verilib.

Bundan başqa, xüsusi göstəriş verilib ki, Baş Prokurorluğun müvafiq qurumları qaz təchizatı sahəsində fəaliyyət göstərən və bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə, insanların ölümünə və yaralanmasına, ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə faktları üzrə istintaq olunmuş cinayət işlərini ümumiləşdirib hadisələrin baş vermə səbəbləri müəyyənləşdirilməklə, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə konkret tədbirlərin görülməsi təmin edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR