“Azərbaycanın Ədəbiyyat Paytaxtı” və “Azərbaycanın Milli Mətbəx Paytaxtı” proqramının təqdimatı keçirilib - FOTO

“Azərbaycanın Ədəbiyyat Paytaxtı” və “Azərbaycanın Milli Mətbəx Paytaxtı” proqramının  təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 04 mart 2015 10:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalça Muzeyində Azərbaycanın “Xalq Yaradıcılığı Paytaxtları” layihəsinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, millət vəkili Nizami Cəfərov, xalq şairi Zəlimxan Yaqub və başqaları iştirak edib.

Ə. Qarayev bildirib ki, “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramının bölgələrə verdiyi müsbət töhfələri nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi məqsədilə yeni “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq olunub: “Artıq beş ildir davam edən layihə bir çox uğurlu tədbirlərin keçirilməsinə səbəb olub, regionlarda mədəni həyatın canlandırılmasına, mədəniyyətin təbliğinə imkan verib. Azərbaycan dövlətinin regionlara göstərdiyi diqqət və qayğı mədəni həyatın da inkişafına imkan yaradır və “Xalq Yaradıcılığı Paytaxtları” proqramı bunun əyani sübutudur. Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən həyata keçirilən yeni proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri “Azərbaycanın Ədəbiyyat Paytaxtı” və Qax şəhəri "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan edilib. Mən inanıram ki, yeni paytaxtların elan olunması və həyata keçiriləcək tədbirlər bu uğurlu layihənin davamı kimi bölgələrdə mədəniyyətin daha da inkişafına imkan yaradacaq”.

Tədbirdə çıxış edən nazirliyin Mədəni siyasət şöbəsinin müdiri Fikrət Babayev, Şamaxı və Qax rayonlarının rəsmiləri Gülnisə Ələkbərova, Vəfa Heydərova və başqaları “Xalq Yaradıcılığı Paytaxtları” proqramının əhəmiyyətindən və həyata keçirilən işlərdən danışıblar.

Mərasimdə illik tədbirlər planının icrasındakı məqsədyönlü fəaliyyətlərinə görə Qəbələ, Balakən və Abşeron rayonlarının mədəniyyət və turizm şöbəsinin müdirləri fəxri fərmanla mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR