Hüquq müdafiəçisi müdafiə naziri ilə görüşüb

Hüquq müdafiəçisi müdafiə naziri ilə görüşüb
# 16 oktyabr 2014 15:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov müdafiə naziri Zakir Həsənovla görüşüb.


Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, görüş zamanı insan hüquq və azadlıqları, hərbi vəziyyət, birgə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub: “Zakir Həsənov bildirdi ki, hərbiçilərin şəraiti birbaşa prezident İlham Əliyevin nəzarətindədir. Orduda islahatlar keçirilir və keçiriləcək. Nazir qeyd etdi ki, orduda korrupsiya ilə ciddi mübarizə aparılır. Bununla bağlı nazirlikdə komissiya yaradılıb. Əgər hansısa korrupsiya faktı olsa, araşdırılır və həmin adam qanunvericiliyə uyğun olaraq cəzalandırılır. Həmçinin əsgərlərə qayğı ilə yanaşılır. Əgər hansısa zabit və yaxud çavuş əsgəri incidərsə, həmin məsələ də araşdırılır və tədbir görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR