BMT: Somalidə aclıqdan ölənlərin sayı 260 minə çatıb

BMT: Somalidə aclıqdan ölənlərin sayı 260 minə çatıb
# 02 may 2013 17:23 (UTC +04:00)

Bakı-APA. 2010-2012-ci illərdə Somalidə aclıqdan 260 min adam ölüb, deyə BMT-nin hesabatında deyilir.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, qurbanların yarısını beş yaşadək uşaqlar təşkil edir.

BMT-də bəyan edirlər ki, beynəlxalq ictimaiyyət vaxtında bu fəlakətə reaksiya vermiş olsaydı, on minlərlə Somali vətəndaşının ölümünün qarşısını almaq olardı.

Qeyd edək ki, bir müddət əvvəl Britaniya hökuməti Somalidə aclıq qurbanlarının sayı 50-100 min nəfərdən çox deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR