Makedoniyada qaçqınların axını ilə bağlı fövqəladə vəziyyət elan edilib

Makedoniyada qaçqınların axını ilə bağlı fövqəladə vəziyyət elan edilib
# 20 avqust 2015 17:37 (UTC +04:00)

Bakı-APA. Makedoniya hökuməti qonşu Yunanıstandan böyük qaçqın axını ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, Makedoniya hökumətinin yaydığı bəyanatda bildirilir ki, Yunanıstan ərazisindən insan axını kütləvi hal alıb.

Bununla bağlı Makedoniya hökuməti Yunanıstanla həmsərhəd bölgəsinə nəzarətin gücləndirilməsi üçün hərbçilərin cəlb ediləcəyini bildirib.

Qeyd edək ki, bu yaxınlarda rəsmi Skopye qeyri-qanuni miqrantların axını ilə bağlı Avropa İttifaqından əlavə yardım istəmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR