Amerika və Avropa fond bazalarında əksər səhmlər ucuzlaşıb, qızıl bahalaşıb

Amerika və Avropa fond bazalarında əksər səhmlər ucuzlaşıb, qızıl bahalaşıb
# 18 aprel 2015 07:37 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,54% - 17 826,30 bəndədək, S&P 500 1,13% - 2 081,18 bəndədək, NASDAQ 1,52% - 4 931,82 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,93% - 6 994,63 bəndədək, Fransa CAC-40-ı 1,55% - 5 143,26 bəndədək, Almaniya DAX-ı 2,58% - 11 688,70 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 1,17% - 19 652,88 bəndədək, Hang Seng 0,31% - 27 653,12 bəndədək azalıb, Shanghai 2,20% - 4 287,30 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 5,10 dollar artaraq 1 203,10 dollara, gümüş isə 0,05 dollar ucuzlaşaraq 16,23 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR