“Azərsu”da Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib

“Azərsu”da Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib
# 06 mart 2015 14:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə “Azərsu” ASC-də tədbir keçirilib.

Cəmiyyətin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu əlamətdar gün münasibəti ilə “Azərsu”nun qadın əməkdaşlarını rəhbərlik adından təbrik edən Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov 8 mart - Beynəlxalq Qadınlar gününün yaranma tarixinə nəzər salaraq bu bayramın dünyanın əksər ölkələrində qeyd olunduğunu vurğulayıb: “Xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması və bu günədək layiqincə yaşadılmasında Azərbaycan qadınının misilsiz xidmətləri var. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazanılan uğurlarda qadınlarımızın əvəzsiz xidmətləri var. Azərbaycan qadını artıq cəmiyyətimizdə öz layiqli yerini tutub. Bu gün qadınlar ölkəmizdə komitə sədri, nazir müavini, rektor və digər yüksək vəzifələrdə çalışırlar. Millət vəkillərinin 20 faizə yaxınını qadınlar təşkil edir. Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyevanın misilsiz xidmətləri var”.

T. Cabbarov içməli su təsərrüfatı sektorunda mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğunu da bildirib. Qadınların üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətdə fəal mövqe tutması yüksək qiymətləndirilib.

Tədbirin sonunda “Azərsu”nun xanım əməkdaşlarına bayram hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Azərsu”da çalışan 12 minə qədər işçinin 2 221 nəfərini və ya 18%-dən çoxunu qadınlar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR