Türkiyədə prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirlik və konsulluqlarında seçki məntəqələri yaradılıb

Türkiyədə prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirlik və konsulluqlarında seçki məntəqələri yaradılıb
# 31 iyul 2014 09:54 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyindən APA-ya verilən məlumata görə, səsvermə avqustun 3-də saat 08:00-dan 17:00-dək Bakı səfirliyində, Gəncə və Naxçıvan konsulluqlarında baş tutacaq.

Səsvermədə ancaq iyulun 9-na qədər “ysk.gov.tr” saytında qeydiyyatdan keçmiş Türkiyə vətəndaşları iştirak edə biləcəklər.

Azərbaycanda yaşayan 15 min Türkiyə vətəndaşından 6305 nəfərin seçkilərdə iştirakı gözlənilir. Bakıdakı səfirlikdə 5611 nəfərin səs verməsi üçün 8 seçki qutusu hazırlanıb. Gəncə konsulluğunda 403, Naxçıvan konsulluğunda isə 291 Türkiyə vətəndaşının səs verməsi gözlənilir.

Seçki məntəqələrində səsvermə prosesini beynəlxalq müşahidəçilərin də işləməsi nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyənin 12-ci prezidentinin seçkiləri üçün ilk tur avqustun 10-u, seçkilər ikinci tura keçəcəyi təqdirdə isə avqustun 24-ü müəyyən edilib.

Xaricdə olan Türkiyə seçiciləri üçün isə bu tarix müvafiq olaraq 31 iyul - 3 avqust, 17-20 avqustdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR