Gəncədə gəlin qayınanasına xəsarət yetirib

Gəncədə gəlin qayınanasına xəsarət yetirib
# 23 dekabr 2014 18:45 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə gəlin keçmiş qayınanasının üzünə kimyəvi maddə tökərək xəsarət yetirib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Ayşən Muradova şəxsi münasibətlər zəminində keçmiş qayınanası, 1967-ci il təvəllüdlü Zenfira Muradovanın sifət nahiyəsinə məişətdə istifadə edilən təmizləyici kimyəvi maddəni (turşu) tökərək xəsarət yetirib. Z. Muradovaya tibbi yardım göstərilib.

Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR