Baş prokuror: “QHT-lər və jurnalistlər qanunlara hörmətlə yanaşsalar, onların heç biri ilə bağlı araşdırma aparılmayacaq”

Baş prokuror: “QHT-lər və jurnalistlər qanunlara hörmətlə yanaşsalar, onların heç biri ilə bağlı araşdırma aparılmayacaq”
# 01 oktyabr 2015 07:52 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu baş prokuror Zakir Qaralov deyib.

Zakir Qaralov bildirib ki, həmin QHT-lərin əməkdaşlıq etdikləri jurnalistlərlə heç bir müqavilə bağlanmır: “Bağlandığı halda isə əgər xarici QHT-dirsə akkreditasiyadan keçmirlər və aldıqları vəsaitlərin bir çoxunu rəsmiyyətdən yayındırırlar.

Mən sizin vasitənizlə bütün QHT-lərə və jurnalistlərə müraciət edirəm ki, onların hər biri Azərbaycan qanunlarına hörmətlə yanaşsınlar, vergi qanunvericiliyinin tələblərini pozmasınlar, belə olan halda prokurorluq onların heç biri ilə bağlı araşdırma aparmayacaq. Onlar xarici havadarları vasitəsi ilə bu əməllərini davam etdirəcəklərsə, sözsüz ki, qanun qarşısında cavab verəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR