Türkiyədə Çanaqqala savaşının 100-cü ildönümünə həsr olunmuş mərasim keçirilib - FOTOSESSİYA - YENİLƏNİB

Türkiyədə Çanaqqala savaşının 100-cü ildönümünə həsr olunmuş mərasim keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 24 aprel 2015 20:20 (UTC +04:00)

Çanaqqala. Mayis Əlizadə - APA. Türkiyədə Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə anım mərasimi keçirilib.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Tədbirə 21 dövlətin başçısı, 70-dən çox ölkədən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Mərasimdə “Mehmetçik” abidəsinin önünə xatirə əklili qoyulması,Çanaqqala şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra yaylım atəşləri açılıb, Türkiyə bayrağı qaldırılıb.

Daha sonra Türkiyə Diyanət İşləri başqanı Mehmet Görmez Çanaqqalada şəhid olanların ruhuna dua oxudu, bəşəriyyətə sülh və qardaşlıq arzularını çatdırıb. Xristian din xadimi də savaşda həlak olanların ruhuna dua edib.

İttifaq dövlətləri adından çıxış edən Britaniya taxt-tacının vəliəhdi, Uels şahzadəsi Çarlz Çanaqqala savaşında bir çox millətlərin nümayəndələrinin iştirak etdiyini vurğulayıb.

Daha sonra isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Daha sonra tədbirdə türk marşları səsləndirilib, Türkiyə Silahlı Qüvvələrinin bölükləri də daxil olmaqla ittifaq dövlətlərinin hərbi birliklərinin fəxri keçidi olub. Eyni zamanda dənizdə Türkiyə, İngiltərə, Fransa, Avstraliya və Yeni Zelandiya hərbi gəmilərinin keçidi olub, Türk şahinləri səmada manevrlər ediblər.

Daha sonra dövlət başçıları Çanaqqala döyüşlərində həlak olan əsgərlərin məzarlarını ziyarət etdikdən sonra “Mehmetçik” abidəsinin önündə “Şəhidlik dəftəri”ni imzalayıblar.

***

17:14

Çanaqqala. Mayis Əlizadə - APA. Türkiyədə Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə anım mərasimi keçirilir.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Mərasimə 21 ölkə prezidenti, o cümlədən müxtəlif ölkələrin hökumət başçıları və nazirlər qatılıblar. Mərasim Tayyib Ərdoğan, Böyük Britaniya şahzadəsi Çarlsın şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış abidəyə əklil qoyması və İstiqlal marşının oxunması ilə başlanılıb.

Qeyd edək ki, mərasimdən sonra Türkiyə prezidenti mərasimdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, dövlət və hökumət başçıları üçün “Savarona” yaxtasında axşam ziyafəti verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR